RU

KXDR yenidən Cənubi Koreyaya zibil şarları buraxıb

KXDR ərazisindən yenidən Koreya Respublikasına içində zibil olan şarlar buraxılıb.

"Report"un məlumatına görə, bu barədə Seul rəsmiləri xəbər verib.

“KXDR cənuba doğru zibil balonları buraxır”, - Seul meriyasından bildirilib. Rəsmilər düşən əşyalarla davranarkən ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, bu, mayın sonundan 31-ci belə aksiyadır. Sonuncu dəfə səmada zibil topları oktyabrın 24-də peyda olub.

Избранный
91
6
report.az

10Источники