RU

Azərbaycan ona görə xahiş etdi, Türkiyə İCAZƏ VERMƏDİ

Türkiyə hökuməti İsrail Prezidenti İshaq Hersoqun Bakıya uçması üçün hava məkanından istifadəsinə icazə verilmədiyini təsdiqləyib.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, İsrail tərəfi Hersoqun BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransında (COP29) iştirak məqsədilə Bakıya uçması üçün Türkiyənin hava məkanından istifadə müraciəti edib. Lakin bu müraciət Türkiyə tərəfindən rədd edilib.
 
Türkiyənin bu qərarı İsraillə olan diplomatik əlaqələrdəki gərginliyin pik nöqtəsi sayılır.
 
Üstəlik, bəzi iddialara görə, hətta Azərbaycan tərəfi qardaş Türkiyədən hava məkanını açmasını xahiş edib. Lakin bu xahiş də keçərli olmayıb.
Избранный
19
3
moderator.az

4Источники