Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp Energetika Nazirliyinə Kris Raytın namizədliyini irəli sürüb.
Banco.az xəbər verir ki, yeni dövr üçün yaradacağı kabinetə təyinatlarını elan etməyə davam edən Donald Tramp məsələ ilə bağlı özünün sosial media platforması olan “Truth Social”da açıqlama verib.
Tramp açıqlamasında deyib:
“Kris Raytın həm ABŞ-ın Energetika naziri, həm də yeni yaradılmış Milli Enerji Şurasının üzvü kimi administrasiyasıma qoşulacağını bildirməkdən məmnunluq duyuram”.
Raytın enerji sahəsində qabaqcıl texnoloq və sahibkar olduğunu bildirən Tramp onun nüvə, günəş, geotermal, neft və qaz sahələrində çalışdığını bildirib.