RU

Qırğızıstanlı şirkət rəhbəri: COP29 konfransını Azərbaycan üçün böyük uğur hesab edirəm

“Mən çox şadam ki, COP29 konfransı post-sovet ölkələrindən birində, Azərbaycanda keçirilir. Mərkəzi Asiya ölkələri üçün burada öz iqlim problemləri bölüşmək üçün əla bir fürsət yaradılıb.

Məlumdur ki, Mərkəzi Asiya regionu iqlim dəyişmələrinə qarşı həssas regionlardan biridir. Region ölkələri quraqlıqdan və intensiv leysanlardan əziyyət çəkir. Həmin ölkələrin beynəlxalq ictimaiyyət tərəfindən mühüm maliyyə dəstəyinə ehtiyacı var”.

“İki sahil” xəbər verir ki, bunu Qırğızıstanın "Unison Group" şirkətinin təsisçisi və prezidenti Nurzat Abdirasulova jurnalistlərə müsahibəsində deyib.

COP29-un Azərbaycanda yüksək səviyyədə təşkilindən söhbət açan Abdirasulova fikirlərinə belə davam edib: "Qırğızıstan burada böyük nümayəndə heyətilə təmsil olunur. Konfrans yüksək səviyyədə təşkil olunub, burada çox maraqlı pavilyonlar nümayiş etdirilir. Bundan əlavə, nəqliyyat da əla təşkil edilib, stadiona çatmaq üçün heç bir maneəyə rast gəlmirik. Mən COP29 konfransını Azərbaycan üçün böyük uğur hesab edirəm və bu münasibətlə Azərbaycanı təbrik edirəm".

Избранный
41
ikisahil.az

1Источники