RU

"Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi Masası keçirilib" COP29

COP29 çərçivəsində Bakıda Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi Masası keçirilib.

News365.az xəbər verir ki, COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qlobal iqlim şəffaflığı hesabatının təqdim olunmasının vacibliyindən danışıb:

    O bildirib ki, COP29-un Prezidentliyi və konfransda iştirak edən tərəflər Yeni Kollektiv Kəmiyyət Hədəfinə, eləcə də iqlim şəffaflığına nail olmanın vacibliyini yaxşı dərk edir: “Eyni zamanda biz iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin bütün ölkələr üçün vacibliyini, eləcə də bu sahəyə investisiya yatırılmasının önəmini bir daha qeyd edirik. Mən iqlim şəffaflığı üzrə hesabatı təqdim edən ölkələrin sözügedən addımının önəmini daha qeyd etmək istəyirəm. Bu kimi addımlar bizim kollektiv səylərimizin nəticəsidir. Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi bu sahədəki beynəlxalq əməkdaşlığın bariz nümunəsidir. Bakı iqlim şəffaflığı prosesinin daha effektiv yerinə yetirilməsi üçün bütün iştirakçı tərəflərə açıq platforma təqdim edir. COP29 Prezidentliyi qlobal səviyyədə iqlim şəffaflığının təminatına dair bütün ideya və fikirləri dinlənməyə hazırdır".

    BMT Baş katibinin müavini İqna Andersen bildirib ki, xüsusilə də iqlim dəyişikliyi ilə mübarizə sahəsinə investisiya cəlb etmək istəyən iri korporasiyalar və iş adamları ilə hökumətlər səviyyəsində əməkdaşlığın gücləndirilməsinin önəmlidir:

    "2023-cü ildən başlayaraq biz emissiyaların azaldılmasını zənn edərkən, nəticələr bunun əksini göstərir. Lakin artıq bizim irəli addımlamaq imkanımız var. Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olmaq, iqlim dəyişikliyi sahəsində şəffaflığı təmin etmək üçün COP29-da iştirak edən bütün tərəflərlə, xüsusilə də bu sahəyə investisiya cəlb etmək istəyən iri korporasiyalar və iş adamları ilə hökumətlər səviyyəsində əməkdaşlığın gücləndirilməsinə ciddi ehtiyac var. Biz həmçinin Qlobal İqlim Şəffaflığı üzrə Proqramın icrasını da sürətləndirməliyik. Eyni zamanda bu sahədə rəqəmsal həllərin tətbiqi də son dərəcə önəmlidir. Mən hesab edirəm ki, bütün tərəflər yuxarıda qeyd etdiyim sahələrdə daha aktiv fəaliyyət göstərməlidir".

    BMT baş katibinin müavini İnqer Andersen isə öncəli çıxışlarda səslənən fikirlərlə şərik olduğunu bildirib.

    O əlavə edib ki, qlobal iqlim şəffaflığı hesabatlarının açıqlanması qlobal səviyyədə həyata keçirilən iqlim fəaliyyətinə əlavə təkan verəcək.

    Daha sonra Azərbaycan, Türkiyə, Yaponiya, Andorra, Qazaxıstan, Niderland, İspaniya, Sinqapur, Almaniya, Maldiv Adaları, Cənubi Afrika Respublikası və İtaliyaya Qlobal İqlim Şəffaflığı üzrə Sertifikatlar təqdim edilib.

    Избранный
    24
    8
    news365.az

    9Источники