RU

COP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır – PAİ-nin Baş katibi

“Parlament görüşündə apardığımız müzakirələr zamanı təcili hərəkətə keçməyin vacib olduğunu vurğuladıq.

Globalinfo.az xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq deyib.

O qeyd edib ki, COP29-un sonunda üzv dövlətlərdən iqlim dəyişikliyi böhranının qarşısını almaq üçün təcili tədbirlər görülməsi barədə qətnaməyə ümid edir:

“Müzakirələrin sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qətiyyətli qərarın qəbul olunmasını görmək istəyirik. Biz istəmirik ki, iqlim fəaliyyəti cəmiyyətin bəzi təbəqələrinə ziyan vursun. İqlim dəyişikliyi ilə mübarizə yolunda irəlilədikcə cəmiyyətdəki bütün insanların və icmaların maraqlarının nəzərə alınmasını təmin etmək üçün birlikdə çalışmaq istəyirik”.

Baş katib vurğulayıb ki, iqlim fəaliyyətinə sərf olunan resursları artırmaq lazımdır:

“Biz COP29-un ədalətli və bərabər iqlim fəaliyyətini təşviq etməkdə qətiyyətli olmasını arzu edirik. İqlim dəyişikliyi ilə mübarizə yolunda irəlilədikcə cəmiyyətdəki bütün insanların və icmaların maraqlarını təmin etmək üçün birlikdə çalışmaq lazımdır. COP29-dan əldə olunan qərarları bütün dünyaya verilən güclü mesaj kimi görmək istəyirəm. İqlim fəaliyyəti üçün inkişaf etmiş icmalar dünyanın həssas icmalarının ehtiyacı olduğu maliyyəni artırmalıdır. Bu mübarizədə həmrəylik nümayişi çox önəmlidir. COP-un da şüarı məhz yaşıl dünya ilə həmrəylikdir”, – deyə o, əlavə edib.

Избранный
24
11
ekologiya.az

10Источники