RU

Cavid Hüseynov “Səbail”də nəyi dəyişdi? – Vüsal Məsimov düşərgədəki durum haqda

Ötən həftə Cavid Hüseynovun “Səbail”in “sükanı arxasına” keçməsi ilə yadda qaldı. 9 xalla 9-cu pillədə qərarlaşan “dənizçilər”i bu durumdan 35 yaşlı çalışdırıcı çıxarmalıdı. Hüseynovun ilk sınağı isə hegemon “Qarabağ”a qarşı olacaq. “Səbail”in indiki durumda asanlıqla təslim olmaq lüksü yoxdu.

Həm də araya milli fasilə düşüb, komandaya yeni nəfəs gəlib. Görəsən, düşərgədə ab-hava dəyişibmi?

Komandanın 24 yaşlı müdafiəçisi Vüsal Məsimov “Football-plus.az”ın sualına belə cavab verdi:

“Düşərgədə vəziyyət yaxşıdı. Hər kəs yeni məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışır. Cavid müəllim öz oyun üslubunu bizə aşılamağa çalışır. Düşünürəm ki, doğru yoldayıq. 4 gündü birlikdəyik. Fikrimcə, komandada indidən fərq sezilir. Ab-hava hərtərəfli yaxşıdı. Hazırda “Qarabağ”la oyuna fokuslanmışıq. Hazırlığımız da tam qaydasında gedir. Ümid edirəm ki, komandamız tezliklə bu durumdan çıxacaq. Yəni çalışdırıcımız Cavid müəllim və komandamız bunun öhdəsindən gələcək”.

ROYANƏ OĞUZ
Избранный
25
football-plus.az

1Источники