RU

Agenti Neymarın "Əl-Hilal" klubundan ayrılacağını təkzib edib

Braziliya millisinin hücumçusu Neymarın agenti Pini Zahavi futbolçunun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılacağını təkzib edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun Braziliya təmsilçisi "Santos"a azad agent kimi qayıdacağı barədə danışıq aparılmadığını bildirib.

Agenti Neymarın "Əl-Hilal"la müqaviləsinin olduğunu və klubda özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı Neymar 2023-cü ildə PSJ-dən (Fransa) Səudiyyə Ərəbistanı təmsilçisinə transfer olunub. O, cəmi 7 oyunda meydana çıxıb və bu müddətdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
36
2
report.az

3Источники