RU

Şahzadə Uilyam və Keyt Middltonun qəsrinə maskalı basqın edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniyada üzlərində maska olan şəxslər Şahzadə Uilyam və Keyt Middltonun iqamətgahı olan Vindzor qəsri ərazisində oğurluq ediblər.
Bu barədə Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, cütlüyün və üç övladının, eləcə də adətən, mülkü qoruyan polisin yoxluğundan istifadə edən maskalılar hündür hasardan aşıb, fermaya basqın ediblər. Qarətçilər ərazidəki kənd təsərrüfatı avadanlıqlarını oğurlayaraq qaçıblar. Onlar tövlədə saxlanılan pikap və kvadrosikl ilə cinayət yerini tərk ediblər.
"Onlar, yəqin ki, bir müddətdir, Vindzor qəsrini izləyirmişlər", - deyə nəşrə məlumat verən mənbə ehtimal edib.
Qeyd edək ki, bu vaxt şahzadə ailəsi çox yaxında, sözün əsl mənasında beş dəqiqəlik məsafədə - Adelaida kottecində olub.
Избранный
21
50
oxu.az

10Источники