Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SESRIC arasında Anlaşma Memorandumu imzalanıb.
Məqsəd "ASAN xidmət" təcrübəsinin İƏT-ə üzv dövlətlər ilə paylaşılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində institusional və kadr potensialının artırılması üçün təlimlərin, kursların, seminarların və səfərlərin təşkilidir.
Həmçinin Memorandum çərçivəsində İƏT-ə üzv ölkələrdə dövlət qulluqçularının "ASAN xidmət" tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində təşkil etdiyi "ASAN Beynəlxalq Təlim Proqramları"nda iştirakları nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31