RU

Senator Li: Bayden Üçüncü Dünya müharibəsinin başlaması üçün ilkin şərtlər yaratdı

ABŞ prezidenti Co Bayden Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazə verməklə üçüncü dünya müharibəsinin başlaması üçün ilkin şərtlər yaratdı.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu fikri amerikalı senator Mayk Li deyib.

Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, Bayden ATACMS taktiki ballistik raketləri ilə Ukrayna ərazisindən Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməyə icazə verib. Öz növbəsində, “Le Figaro” qəzetinin mənbələri iddia edir ki, Fransa və Böyük Britaniya SCALP və Storm Shadow taktiki raketləri ilə hücumlara icazə verib.

Vaşinqton, Paris və London hələlik bu məlumatı rəsmi şəkildə təsdiq etməyiblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
9
ikisahil.az

1Источники