Böyük Britaniya “Spear 3” raketini sınaqdan keçirib
Böyük Britaniya kiçik ölçülü “Spear 3” qanadlı raketinin ilk sınaqlarını keçirib.
Reyting.az-ın məlumatına görə, sınaqlar İsveçdəki Vidsel hərbi poliqonunda olub.
“Spear 3” Brimstone raketinə əsaslanır. Raket mühərriki əvəzinə PBS TJ150 turboreaktiv mühərriki və yüksək səsdən aşağı sürətlə raketin uzaq məsafəyə (150 km-ə qədər) buraxılması imkanlarını açan qanad var.
Kral Hərbi Hava Qüvvələrinin rəsmi saytında verilən məlumata görə, “Tayfun” qırıcısı “Spear 3”-ün buraxılması üçün istifadə edilib. Bildirilir ki, təyyarə Kral Hərbi Hava Qüvvələrinin 41-ci eskadronunun bir hissəsidir və o, öz növbəsində “F-35B” və raket arasında uyğunluğu təmin etmək üçün inteqrasiya proqram təminatı hazırlayan sınaq qrupu olan BAE Systems ilə işləyir.
Məlumata görə, proqram təminatı xətaları və səhvlərin aradan qaldırılması da daxil olmaqla, problemlər var. Məhz buna görə “inteqrasiya” işləri və raketin xidmətə qəbulu gələn ildən 2028-ci ilə təxirə salınıb.