RU

Ermənistanda bu vəzifə sahibləri istefa verib

Ermənistanda bu vəzifə sahibləri istefa verib.Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Ali Məhkəmə Şurasının (SJK) rəhbəri Karen Andreasyan istefa verdiyini açıqlayıb. O, sosial şəbəkələrdə müvafiq bəyanat yayıb. Lakin o, qərarının səbəbləri ilə bağlı təfərrüatlı şərh verməkdən imtina edərək, spekulyasiyaya səbəb olmaq istəmədiyini qeyd edib.

Habelə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan da istefa verib. O, bu məlumatı "Sputnik Armenia"ya şərhində təsdiqləyib . Xaçatryanın istefası Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın bəyanatından sonra baş verib və o da vəzifəsini tərk edib. Bundan əlavə, noyabrın 17-də KİV-də ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın, daxili işlər naziri Vahe Qazaryanın və İstintaq İdarəsinin rəhbərinin istefaya göndəriləcəyi barədə informasiyalar yayılıb.

Zərintac MayisqızıMissiya.Az

Избранный
41
37
missiya.az

10Источники