RU

Ermənistanda istefalar...

Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan istefa ərizəsini təqdim edib...

Poliqon Ermənistan mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsi hələlik bu məlumatı təkzib və ya təsdiqləməyib, lakin yaxın vaxtlarda rəsmi məlumat yayacaqlarını qeyd ediblər. Xatırladaq ki, Argişti Kyaramyan Qərbə çox yaxın kadr hesab olunur.

Qeyd edək ki, dünən axşşam saatların Ermənistan KİV-lərinin verdikləri məlumatlara görə, həmçinin Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, daxili işlər naziri Vahe Qazaryan da istefa veriblər.

Bu gün səhər saatlarında Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan da istefa ərizəsi verdiyini açıqlayıb.

Həmçinin bildirilir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefa məktubu yazıb.

Xatırladaq ki, bur neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hökümətin iclasında məhkəmə və hüquq-mühafiə orqanalırnın işindən narazılığını bildirmişdi.

Poliqon.info

Избранный
43
11
poliqon.info

4Источники