RU

Məktub yazıb evi yandırdı: Ölənlər var

Türkiyədə yaşayış binasının 4-cü mərtəbəsində yaşayan Fatma Makineci (36) və oğlu Kaan Mert Kayanın (14) evindən partlayış səsi eşidən qonşular vəziyyəti 112-yə xəbər veriblər.

NOCOMMENT.az NTV-yə istinadən xəbər verir ki, hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib.

Evə girən qruplar Fatma Makinacının cəsədi ilə qarşılaşıb. Mert Kaan Kaya ağır yaralı olaraq başqa otaqda tapılıb. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Müalicə altında olan Kaan Mert Kayanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, evdə aparılan araşdırmalar zamanı Fatma Makinecinin valideynlərinə həsr olunmuş i*tihar məktubu buraxdığı müəyyən edilib. Dünyasını dəyişən Fatma Makinacının bir müddət əvvəl ərindən boşandığı və psixoloji problemləri olduğu öyrənilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Избранный
6
1
nocomment.az

2Источники