Hindistan 2024-cü ilin sentyabr ayında 2,103 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu ilin sentyabr ayında idxal olunan mayeləşdirilmiş təbii qaz, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə (1,95 milyon ton) 8% çoxdur.
Beynəlxalq Enerji Agentliyi Hindistanın 2024-cü ildə mayeləşdirilmiş təbii qaz idxalını 18% artıracağını gözləyir.