RU

Sahil Babayev: İldən-ilə ənənəvi iş yerlərindən texnoloji iş, daha "yaşıl iş yerləri"nə üstünlük verilir

İldən-ilə ənənəvi iş yerlərindən texnoloji iş, daha "yaşıl iş yerləri"nə üstünlük verildiyi görülür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü"ndə deyib.

Onun sözlərinə görə, müvafiq sahədə əmək resurslarının yaradılması hər bir hökumət qarşısında duran əsas amildir:

"Əlbəttə ki, hər bir hökumət, dövlət əsasən əhalinin məşğulluğundan faydalanır. Ölkədə mümkün qədər tam məşğulluğu təmin etməlidir, əhali üçü layiqli iş və yaşayış imkanları olsun. Yaşıl bacarıqlar da inkişaf etdirməlidir. Bu istiqamətdə biz demək olar ki, bütün dövlət və özəl qurumlarla fəal işləyirik. Ənənəvi təhsil sistemi, məktəblər, kolleclər, universitetlərlə yanaşı, peşə təlim mərkəzlərimiz vasitəsilə Azərbaycanda ildə təxminən 15 000 nəfəri əhatə edirik. Peşə təlim mərkəzlərimizdə onlara yeni bacarıqlar qazandırmağa çalışırıq".

Избранный
3
bakivaxti.az

1Источники