RU

BMT-nin Baş katibi G20 ölkələrini COP29-un məqsədlərini dəstəkləməyə çağırıb

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş bazar günü, noyabrın 17-dəRio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazıemissiyalarının azaldılması məsələsində “liderlik” nümayişetdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarınıdəstəkləməyə çağırıb.

Trend BMT-ninməlumatına istinadla xəbər verir ki, noyabrın 18-dən etibarəndünyanın ən böyük iqtisadiyyatlarının sammitinə qatılan AntonioQuterreş Braziliyada keçirdiyi mətbuat konfransında deyib:“COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də C20ölkələrindən liderlik və kompromis tələb edəcək”.

BMT-nin Baş katibi Bakıda davam edən danışıqlarda inkişafetməkdə olan ölkələrə iqlim sərmayələri üçün 1 trilyon dollarlıqrazılaşmanın əhəmiyyətini vurğulayıb. O deyib: “G20 ölkələri qlobalemissiyaların 80 faizinə malikdir və məhz onların bu məsələdə örnəkolması lazımdır”.

Sammitdə iştirakı çərçivəsində Amazonda dayanan ABŞ PrezidentiCo Bayden, öz növbəsində, administrasiyasının bu il ikitərəfliiqlim maliyyəsi üçün 11 milyard dollar ayırdığını bildirib. O,həmçinin iki ay ərzində onun vəzifəsini təhvil alacaq PrezidentDonald Trampa istinad edərək, hökumətinin istiqamətləndirdiyi təmizenerji inqilabınının dönməz bir proses olduğunu vurğulayıb.

Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, G20iştirakçılarının “ev tapşırığını yerinə yetirməsi və Bakıdakeçirilən COP29 danışıqlarının irəliləməsinə dəstək verməsifundamental məsələdir”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
39
13
az.trend.az

10Источники