RU

Britaniya Putinlə danışmaq istəmir - Fransa isə

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Vladimir Putin sülh istəmir və bu barədə danışıqlara hazır deyil.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, onun dediyinə görə, əksinə, Putin əməliyyatları gücləndirmək niyyətindədir: “Düşünürəm ki, Prezident Putinin niyyətinin döyüşləri gücləndirmək olduğu aydındır. Bunu artıq bir neçə həftədir müşahidə edirik”.

Makron vurğulayıb ki, Rusiyanı döyüşləri dayandırmağa və beynəlxalq hüquqa hörmət edən şərtlərlə sülh danışıqlarına sövq etmək hər kəsin borcudur.

Makron həmçinin deyib ki, o, Putinlə danışıqları istisna etmir: “Ancaq düzgün kontekst olanda”.

Böyük Britaniyanın Baş naziri Keir Starmer isə daha konkret və radikal mövqe tutur. O, mətbuata açıqlamasında Olaf Şoltsun Putinlə telefon danışığını şərh edərkən qeyd edib ki, Putinlə danışmaq niyyətində deyil.

Əvəzində Starmer Ukraynaya dəstəyi gücləndirmək üçün səyləri ikiqat artırmağa çağırıb: “Kiminlə danışacağına qərar vermək kansler Şoltsun öz işidir. Mən Putinlə danışmağı planlaşdırmıram”.

O, Ukraynadakı müharibənin mininci gününə yaxınlaşdığını qeyd edərək, Şimali Koreya qoşunlarının Ukrayna ilə müharibəyə cəlb edilməsinin “Rusiyanın çarəsizliyini göstərdiyini” qeyd edib və bunun “Avropa təhlükəsizliyi üçün ciddi nəticələri” olduğunu qeyd edib.

“AzPolitika.info”

Избранный
13
azpolitika.info

1Источники