RU

Krispian Olver: İnsan inkişafına diqqət sıfır emissiyaya ədalətli keçidin əsasını təşkil edir

İnsan inkişafına diqqət yetirmək sıfır emissiyaya ədalətli keçidin əsasını təşkil edir.

"Report" xəbər verir ki, bunu Cənubi Afrikada fəaliyyət göstərən İqlim Komissiyasının icraçı direktoru Krispian Olver COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kömür dominantlı iqtisadiyyatdan çıxdıqca bəzi sektorlar yox olacaq və bir çoxu kəskin şəkildə böyüyəcək.

"Sadəcə ən yaxşısını ümid etdiyimiz sərbəst yanaşma sosial baxımdan son dərəcə pozucu olacaq. Ədalətli keçid haqqında düşünəndə, bacarıq və dolanışığı eyni sikkənin iki tərəfi kimi düşünürük. Başlıca məqsəd insanlarımıza iqtisadiyyatda məhsuldar rol verməkdir".

K.Olver bildirib ki, Cənubi Afrikada təhsil sistemi hazır kadrlar yetişdirmir:

"Ən yaxşı öyrənmə və bacarıq inkişafı əslində iş başında təlimdir. İşəgötürənlər tələbatın hara getdiyini bilir və hökumətlə birgə tərəfdaşlıq edərək maliyyə məsələsini təmin etməlidirlər".

Избранный
53
report.az

1Источники