RU

Legioner həyatı başa çatan futbolçu Premyer Liqa klubuna keçə bilər

İki ay öncə Albaniyanın "Biliş" klubuna keçən Amil Yunanov oradan ayrılıb. Azərbaycan milli komandasının da formasını geyinmiş hücumçunun yenidən Premyer Liqamızda oynamaq ehtimalı var.

Sportal.az saytına verilən məlumata görə, Yunanov “Səbail”ə qayıda bilər. Belə ki, paytaxt təmsilçisinin yeni baş məşqçisi Cavid Hüseynov “Şamaxı”da birlikdə çalışdığı Amili sərəncamında görmək istəyir. Keçidin baş tutub-tutmayacağı qışda dəqiqləşəcək.

Yunanov “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, “Keşlə”(indiki “Şamaxı”), “Sumqayıt”, “Səbail”, “Turan Tovuz”, “Kəpəz” klublarında oynayıb.

saytlarin hazirlanmasi

Избранный
23
sportal.az

1Источники