RU

Quru sərhədlərin bağlı olmasından faydalanan AZAL-a dövlət büdcəsindən yardım davam edəcək

Gələn ilin dövlət büdcəsindən "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılması nəzərdə tutulub.

Bu barədə 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, bu vəsait Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün və Füzuli Beynəlxalq Hava Limanına təşkil ediləcək reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə ayırılır.

XXX

Gələn ilin “Bakı Metropoliteni”nə 28 milyon manat subsidiya ayrılacaq

Azərbaycanda 2025-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub.

Избранный
8
20
marja.az

10Источники