RU

Neymar "Santos"a qayıdacaq, ya yox?

style='margin-bottom:10px;'>

Braziliya millisinin və "Əl-Hilal"ın futbolçusu Neymarın meneceri Pini Zahavi hücumçunun klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, o, 32 yaşlı forvardın keçmiş klubu "Santos"a qayıdacağı haqda məlumatları təkzib edib: 

"Neymarın "Əl Hilal"dan ayrılması ilə bağlı heç bir söhbət yoxdur. Onun daha 6 aylıq müqaviləsi var və xoşbəxtdir.

Neymarın gələcəyi haqqında danışa bilən yeganə adam Neymarın atası və mənik. Neymarın "Santos"a qayıdacağı ilə bağlı son şayiələrin haradan gəldiyini bilmirəm”.

Qeyd edək ki, Neymar bir illik zədədən sağaldıqdan sonra yenidən 1,5 aylıq sıradan çıxıb. 32 yaşlı hücumçunun "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

Избранный
10
teleqraf.com

1Источники