Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5,5 mln. tona yaxın neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Bu barədə “Operativ Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.