RU

Naxçıvanda Layihə idarəetmə qrupunun iclası keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027–ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan layihələrin planlaşdırılması, uğurla icrası, investisiya qoyuluşu üzrə layihələrin icrasının sürətləndirilməsi, eyni zamanda, zəruri sahələrdə islahatların həyata keçirilməsi məqsədi ilə işçi qrupunun iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-yabildirilib ki, iclasda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2023-2024-cü illərdə həyata keçirilən layihələrin icrası, 2025-ci il üçün nəzərdə tutulan satınalma planının təsdiqi, görüləcək işlər və tələbatın formalaşdırılması, büdcə planlaşdırılması və resursların bölgüsü məsələləri müzakirə olunub. Layihələrin məqsədləri, tələbləri və gözləntilərinin müəyyən edilməsi, plana uyğun olaraq tapşırıqların icrası, layihə büdcəsinin izlənməsi və maliyyə resurslarının effektiv şəkildə idarə olunmasının diqqətdə saxlanılması ilə bağlı işçi qrupuna tapşırıqlar verilib.

Избранный
17
sia.az

1Источники