RU

Azərbaycanın ümumi daxili məhsulu nə qədər artacaq?

Rusiya və Ukrayna arasında müharibə, Yaxın Şərqdə gərginlik fiskal təhdidlər fonunda iqtisadi riskləri artırıb.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat naziri müavini Səməd Bəşirli deyib.

 

"Valyuta Fondunun əsas tövsiyyəsi ondan ibarətdir ki, Mərkəzi Banklar yumşaq pul siyasətinə keçməli, büdcə dayanıqlılığını artırmaq üçün  fiskal konsultasiya tədbirləri görməlidir", - o qeyd edib.

 

Nazir müavinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son illərdə və cari ildə dayanıqlılıq nümayiş etdirir:

 

"2024-cü ilin gözlənilən iqtisadi artım tempi nəzərə alınmaqla, ölkədə real ümumi daxili məhsulunun (ÜDM) 14,4 % artması gözlənilir. Adambaşına ÜDM-in bu ilin sonunda 7200 ABŞ dolları ətrafında olacağı gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı 73 milyard dollara çatıb. Bu da cari il üzrə gözlənilən ÜDM səviyyəsindədir. Son illərdə iqtisadiyyatın şəffaflaşması da müşahidə edilir".

Избранный
3
modern.az

1Источники