RU

Baş məşqçi ilə köməkçisini QANINA QƏLTAN ELƏDİLƏR-DƏHŞƏT

Oyundan sonra baş məşqçi ilə köməkçisini bıçaqladılar

Rusiya millisinin sabiq futbolçusu Vadim Evseyev silahlı hücuma məruz qalıb. 

Xəbər verilir ki, məlumatı rusiyalı şərhçi Denis Kazanski "Telegram" hesabı üzərindən yayıb. 

Xəbərə görə, hadisə Həştərxanda baş verib.

“Mənə indicə zəng gəldi. Vadim Evseyev. Ona bıçaqla hücum edilib... Bir növ, kabus.

Hazırda onun həyatı təhlükədə deyil... Artıq polis əməkdaşları məsələni araşdırır. Hələlik əlavə təfərrüatlar yoxdur”.

Həştərxan polisi artıq hücum edənləri yaxalayıb. Məlumata görə, 2002 və 2003-cü il təvəllüdlü iki Həştərxan sakini sərxoş halda Evseyev və onun köməkçisi Aleksandr Şmarkoya yaxınlaşaraq işıq istəyib. İmtinadan sonra davaya başlayıblar.

Evseev sentyabr ayından İkinci Liqadan "Leninqradets"in baş məşqçisidir. Komanda noyabrın 17-də Həştərxanda yerli “Volqar”la (1:1) qarşılaşıb. 

Mirağa


Избранный
6
1
azia.az

2Источники