RU

Saymon Stil: İqlim böhranından müdafiə olunmamaq ölkələrə baha başa gəlir

Milli uyğunlaşma planları heç vaxt olmadığı qədər vacibdir. Onlar həqiqətən həyati əhəmiyyət daşıyır.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29-da Milli Uyğunlaşma Planları (NAP) üzrə yüksək səviyyəli tədbirdə bildirib.

“Bu il biz hər bir hazırlıq tədbirinin, siyasətin, planın dünya üzrə milyonlarla insan üçün həyat və ölüm arasında sərhəd olduğunu gördük. Bir çoxları bilir ki, bu planları hazırlamaq asan deyil. Həm maliyyə, həm də digər resurslar xüsusilə həssas olan az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlər üçün məhduddur", - S.Stil qeyd edib.

Onun sözlərinə görə, ölkələr qlobal təchizat zəncirindəki öz həlqələrini iqlim dəyişikliklərindən qoruya bilmədikdə, qarşılıqlı əlaqəli qlobal iqtisadiyyatda hər bir millətə baha başa gəlir: "Bizə təcili tədbirlər, transformasiya lazımdır. Uyğunlaşmanın əsas problemini gözardı etmək olmaz: aradan qaldırmalı olduğumuz aşkar maliyyə problemi var”.

S.Stil vurğulayıb ki, uyğunlaşma xərcləri hər kəs, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün sürətlə artır: “Onların xərcləri 2030-cu ilə qədər ildə 340 milyard dollara, 2050-ci ilə qədər isə ildə 565 milyard dollara çata bilər. Lakin onlar təkcə insanları və iqtisadiyyatı qorumur, həm də daha çox imkanların, bərabərliyin və rifahın yaranmasına töhfə verir - həyat və yaşayış vasitələrinə dəyən itki və zərəri minimuma endirir”.

“Cəmi bir neçə ay əvvəl NAP 3.0 təşəbbüsü başladılıb. Onun əsas məqsədlərindən biri məhz ən az inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi uyğunlaşdırılmış innovativ uyğunlaşma maliyyəsinin təşviqidir”, - o bildirib.

S.Stilin sözlərinə görə, hər bir ölkə 2025-ci ilə qədər öz Milli Uyğunlaşma Planını təqdim edə bilər və etməlidir: "Bu sadəcə qrafik deyil - bu, xilasedici dairədir. Bütün ölkələrin istədiyi daha güclü iqtisadiyyat və cəmiyyətə gedən sürətli yoldur. Bu, belə çətin zamanlarda hər bir millətin marağındadır".

Избранный
60
50
report.az

10Источники