RU

"Trampın dövrü İran üçün çox çətin olacaq" - AÇIQLAMA

"Tehran dövləti üçün çox önəmli fiqur olan Qasım Süleymani Donald Trampın hakimiyyət illərində öldürüldü. Üstəlik, o dönəm İran-İsrail münasibətləri bu səviyyədə gərgin deyildi".

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında Donald Trampın hakimiyyəti dövründə ABŞ-İran münasibətlərinin necə olacağı barədə danışarkən deyib. 

O bildirib ki, İran-İsrail münasibətləri də heç vaxtı bu qədər gərgin olmayıb:

362641

"Düzdür, iki ölkə hər zaman qarşı-qarşıya olub, amma bu şəkildə atışmalar olmamışdı. Vəziyyətlərin ən gərgin olduğu bir zamanda isə Donald Tramp yenidən ABŞ Prezidenti seçildi. Bu isə o deməkdir ki, Tehran rejiminə təzyiqlər daha da artacaq. Çünki Trampın birinci prezidentlik dövründə də İrana təzyiqlər çox idi".

Ekspert hesab edir ki, Trampın hakimiyyət illərində ABŞ-İran münasibətləri daha gərgin olacaq:

"İran hazırda nüvə silahı əldə etməyə çox yaxın olduğunu iddia edir. Tramp isə bunu əngəlləməyə çalışacağını söyləyir. Üstəlik, İranın daxili vəziyyəti heç yaxşı deyil. Məsud Pezeşkian da prezident seçildikdən sonra Qərblə dialoqlar aparacağını deyirdi. 

Yəni dialoq yolu ilə Tehran dövlətinin vəziyyətini yaxşılaşdırmağı vəd edirdi. Lakin İranın daxilindəki mühafizəkarların buna nə qədər icazə verəcəkləri də sual altındadır. Yəni Pezeşkian istəsə belə Qərblə dialoq aparmağa icazə verilməyə bilər. Bu isə o deməkdir ki, Tramp dönəmi Tehran rejimi üçün daha çətin olacaq. Bu, indidən görünür".

Pərviz

Избранный
44
40
hit.az

10Источники