RU

Güney Azərbaycanlı rejissorun filmi Kann kinofestivalında nümayiş olunub

Güney Azərbaycanlı kino rejissor Möhsün Xudabəndənin "Su" qısametrajlı filmi Kann kinofestivalında nümayiş olunub.

"Su bədii filmi Londonda keçirilən təqdimatda tənqidçilər və tamaşaçılar tərəfindən yetərincə xoş qarşılanmışdı. Bundan sonra film Kann festivalına da daxil ola bildi." - deyə Möhsün Xudabəndə Azərəncümənə müsahibəsində bildirib.

Qeyd edək ki, "Su" bədii filmi Güney Azərbaycanın kəndlərindən birində türk dilində çəkilib. Filmin mötəbər film festivallarında sərgilənməsi Azərbaycanın film sektorunun inkişafı üçün imkanlar yaradır.

visiontv.az



Избранный
9
visiontv.az

1Источники