RU

Saymon Stil: Hər bir ölkə 2025-ci ilə qədər öz milli uyğunlaşma planını təqdim etməlidir

Milli uyğunlaşma planları (MUP) indi hər zamankından daha vacibdir. Onlar həqiqətən həyati əhəmiyyət daşıyır. Bu il bir daha şahid olduq ki, görülən hər bir hazırlıq, yürüdülən hər bir siyasət, hər bir plan dünyada milyonlarla insanın müqəddəratını müəyyən edir.

APA-nın xəbərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilən Milli Uyğunlaşma Planları üzrə Yüksək Səviyyəli Dialoqunda deyib.

“Ehtiyat üçün biz ən pis ssenariyə hazır olmalıyıq. Bu planları hazırlamaq asan deyil. Həm maliyyə, həm də potensial baxımından resurslar məhduddur, xüsusilə də az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün çox çətindir. İnsanlar, icmalar və millətlər özlərini və sevdiklərini qorumaq, bizneslərini və iqtisadiyyatlarını gücləndirmək üçün hərəkət etmək istəyirlər. Lakin bunu etmək üçün imkanları yoxdur. Millətlər qlobal təchizat zəncirindəki əlaqələrini iqlimə qarşı davamlı edə bilmədikdə isə, qarşılıqlı bağlı qlobal iqtisadiyyatda hər bir ölkə bunun əvəzini ödəyir, yəni daha yüksək inflyasiya, xüsusən də ərzaq qiymətlərinin yüksəlməsi ilə üzləşir. Şiddətli quraqlıqlar, meşə yanğınları və daşqınlar ərzaq istehsalını məhv edir. Biz bu ssenarini dəyişdirməliyik. Ənənəvi yanaşmalar bizi istədiyimiz yerə aparmayacaq”, - deyə S. Stil qeyd edib.
İcraçı katib təcili hərəkətə keçmək lazım olduğunu və mövcud adaptasiya səyləri sayəsində əldə olunan bilik əsasında yaranan transformasiya həllərinə ehtiyac olduğunu bildirib:

“Məlumatlara və fəal məsləhətləşmələrə ehtiyacımız var. Lakin eyni zamanda dünyanın müxtəlif icmalarının təcrübələrindən də faydalanmalıyıq. Onların təcrübələri hərtərəfli milli adaptasiya planları üçün möhkəm bir təməl rolunu oynayır. Əlbəttə ki, "adaptasiya məsələsində böyük çətinlikləri" görməzdən gələ bilmərik. Aradan qaldırmalı olduğumuz ciddi bir maliyyə boşluğu mövcuddur. Adaptasiya xərcləri, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün, sürətlə artır. Bu xərclər 2040-cı ilə qədər ildə 340 milyard dollara, 2050-ci ilə qədər isə ildə 565 milyard dollara çata bilər. Bu rəqəmlər, xüsusilə maliyyə məsələsinə yönəlmiş budəfəki COP konfransında, bizi bir az qorxuda bilər. Ancaq bunu görməzdən gəlmək olmaz. Bu rəqəmlər milyardlarla insan üçün təhlükəsizliklə həyatları dağıdan fəlakətlər arasındakı fərqi ifadə edir”.

“Kiçik maliyyə axınlarına güvənə bilmərik. Bizə güclü maliyyə axınları lazımdır. Xüsusilə də ən həssas ölkələr üçün bu həyati əhəmiyyət daşıyır, çünki bu ölkələr tez-tez böyük problemlərlə üzləşirlər, onların maliyyə vəsaitlərinə çıxışını asanlaşdırmaq vacibdir. Biz yenilikçi maliyyələşdirmə mexanizmlərini araşdırmalı və ölkələrə öz Milli Uyğunlaşma Planlarını hazırlamaları üçün lazımi texniki dəstəyi təmin etməliyik. Cəmi bir neçə ay əvvəl MUP Expo-da MUP-lar üçün 3.0 təşəbbüsünü işə saldım. Bu təşəbbüsün əsas məqsədlərindən biri məhz az inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərin ehtiyaclarına xüsusi uyğunlaşdırılmış yenilikçi uyğunlaşma maliyyələşdirməsini təşviq etməkdir. Qlobal maliyyə sistemi bu ehtiyaclara cavab vermək üçün inkişaf etməlidir. Mən çoxtərəfli inkişaf banklarını ənənəvi qrantlar və borc yardımlarından kənara çıxaraq daha geniş perspektivdə düşünməyə çağırıram. Özəl sektor və ikitərəfli donorlar bu böhranın tələb etdiyi tezlikdə hərəkət etməlidirlər, lakin bunu həssas ölkələrin borc yükünü artırmadan etməlidirlər. Biz, həmçinin çox vaxt maneə yaradan bürokratik əngəlləri minimuma endirmək üçün çalışmalıyıq. Bu investisiyaları alan insanlar onları məyus etməyəcəklər. Onlar uyğunlaşmaq istəyirlər. Çox vaxt onlar bizdən daha yaxşı şəkildə, uyğunlaşmanı necə həyata keçirməli olduqlarını bilirlər. Çünki dayanıqlılıq insanlığın DNA-sında var, bizə yalnız vasitələr lazımdır. Odur ki , hər bir ölkə 2025-ci ilə qədər öz milli uyğunlaşma planını təqdim etməlidir. Bu sadəcə bir vaxt çərçivəsi deyil, bir həyat yoludur. Bundan da artıq, bu, bütün ölkələrin istədiyi və layiq olduğu daha güclü iqtisadiyyatlara və cəmiyyətlərə aparan sürətli bir yoldur. Mən və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının bütün üzvləri ədalətli və iqlimə davamlı bir gələcəyə doğru atdığınız hər addımda sizi dəstəkləyəcəyik” - deyə Saymon Stil bildirib.

Избранный
50
1
apa.az

2Источники