RU

Ermənistanda hansı yüksək vəzifə sahibləri istefa verdilər?

Hurriyyet.az xəbər verir ki, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan, Antikorrupsiya Komitəsinin sədri Sasun Xaçatryan və İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan artıq istefa ərizələrini yazıblar.

Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra yüksək vəzifəli şəxslərdən istefa vermələrini xahiş etdiyini bildirib.

Paşinyan "Feysbuk" səhifəsində yazıb: "Əziz həmvətənlərim, mətbuatda və sosial yayılan kütləvi müzakirələri nəzərə alaraq, bir sıra yüksək səlahiyyətli şəxslərdən tutduqları vəzifələri tərk etməsini xahiş etdiyimi qeyd etməyi zəruri hesab edirəm.

Onlardan belə bir xahiş etməyimin səbəbi şəxsi yox, sistemli məsələlərdir. Bu barədə ictimaiyyət arasında çıxış etmişəm.

Eyni zamanda adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafındakı xidmətlərini inkar edə bilmərəm və bu istiqamətdə töfhələrinə və xahişimi başa düşdüklərinə görə, hamısına təşəkkür edirəm".

Hürr Tərcüman

 

Избранный
19
1
hurriyyet.az

2Источники