RU

"Xarici borc və dövlət zəmanəti üzrə limitlərin artırılması əsaslandırılmayıb"

2025-ci il üçün Azərbaycan Respublikasının daxili borclanmasının yuxarı həddi 2 milyard manat, xarici borclanmanın yuxarı həddi 3 milyard 500 milyon manat, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 2 milyard manat müəyyən edilib.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bildirilib ki, növbəti ildə limitin cari ilə nisbətən daxili borclanma üzrə 25,9% azaldılması, xarici borclanma və dövlət zəmanəti üzrə isə müvafiq olaraq 105,9% və 81,8% artırılması nəzərdə tutulub. Lakin bu limitlərlə bağlı əsaslandırmalar təqdim edilməmiş, bunun isə yeni borclanmaların maliyyə dayanıqlılığına, risk profilinə təsirlərinə dair dəqiq qiymətləndirmələrin aparılmasını məhdudlaşdırdığı qənaətinə gəlinib

Qeyd edilib ki, 2024-cü il üçün daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard 700 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 700 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 1 milyard 100 milyon manat məbləğində təsdiq edilib.

Təqdim olunan məlumatlara əsasən, 2024-cü ilin ilk 6 ayında dövlət istiqrazlarının emissiyasından əldə edilən vəsaitlər yalnız xarici və daxili borcların təkrar maliyyələşməsinə yönəldilmiş, daxili borclanma limitindən istifadə edilməmiş, xarici dövlət borclanması və dövlət zəmanətlərinin verilməsi də həyata keçirilməyib.

© APA

Избранный
12
3
marja.az

4Источники