RU

Azərbaycandan Avropaya qaz satışı artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Energetika Nazirliyinin açıqladığı 10 ayın neft-qaz göstəricilərində yer alıb.

Məlumata görə, qeyd olunan dövrdə Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.

Bununla da il ərzində Avropaya qaz satışı 8,6 faiz və ya 800 milyon kubmetr, Türkiyəyə isə 1,3 faiz və ya 100 milyon kubmetr daha çox qaz satışı həyata keçirilib. Gürcüstana qaz satışı dəyişməz olaraq qalıb.

Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.

Fuad Mədətov
Fins.az

Избранный
8
12
fins.az

10Источники