RU

Əli Xamenei komaya düşüb? — İran iddialara belə reaksiya verdi

İran 85 yaşlı dini lideri Əli Xamnei haqqında sosial mediada yayılan səhhəti ilə bağlı iddialara cavab olaraq yeni görüntülər paylaşıb.

Demokrat.az xəbər verir ki, son günlərdə sosial mediada Əli Xamneinin komaya düşməsi, hətta həyatını itirməsi ilə bağlı müxtəlif xəbərlər yayılıb. Hətta bəzi mənbələr onun varisi kimi oğlunu seçdiyi gizli bir toplantı təşkil etdiyini iddia edir.

Buna cavab olaraq, İran hökuməti rəsmi açıqlama verməsə də, Livanın İrandakı səfiri Müctəba Amani ilə Əli Xamneinin ofisində keçirilmiş görüşün görüntülərini yayımlayıb. 

Paylaşılan fotoda Əli Xamnei səfir Amani ilə danışarkən görünür. Qeyd edək ki, Livanlı səfir sentyabr ayında İsrailin hücumları zamanı yaralanmışdı.

Jalə
Demokrat.az
Избранный
27
1
demokrat.az

2Источники