RU

Bu zolağa yük maşınlarının girməsi qadağandır: CƏRİMƏSİ VAR - VİDEO

Yük avtomobili idarə edən sürücülər yaşayış məntəqəsindən kənar yollarda qayda pozuntusu törədirlər. Belə sürücülərdən biri, noyabrın 17-də, paytaxtın Kənar Dairəvi yolunda kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, 99-YF-774 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü 100 km/saat sürət müəyyən edilmiş yolda 70-lə sol zolaqda ötmə əməliyyatı edib. Bu zaman arxadan gələn avtomobillərin qarşısını kəsərək onların hərəkətinə mane olub.

"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.

Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

 

Избранный
32
avtosfer.az

1Источники