RU

HƏMAS liderləri Türkiyəyə qaçıb

Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli üzvləri Dohanın İsrail və HƏMAS arasında danışıqlara vasitəçilik etməkdən imtina etməsindən sonra Qətəri tərk edərək Türkiyəyə gediblər.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Noyabrın əvvəlində Qətər danışıqların son raundunun iflasından sonra Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsrail və HƏMAS arasında danışıqlarda vasitəçiliyini dayandırmışdı. 

Qətərin xarici işlər naziri Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, hər iki tərəf Qəzzada atəşkəs məsələsinin həllinə daha ciddi yanaşarsa, Doha yenidən vasitəçi kimi çıxış etməyə hazırdır.

"HƏMAS üzvləri keçən həftə Dohanın Qəzzadakı müharibəni dayandırmaq üçün danışıqlarda vasitəçilikdən çəkildiyini dedikdən sonra Qətərdən Türkiyəyə qaçıblar", - hesabatda deyilir.

Ağarza Elçinoğlu 

Избранный
6
9
unikal.az

8Источники