RU

Viza ilə vətənə gedərlər, ə? - Səxavət Məmməd yazır

Qarabağ gözəldi, qəşəngdi, incidi, cənnətdi, nə bilim nədir.

Bunu hər dəfə yazdıqca Qarabağ daha da əlçatmaz olmaqdadır. Azdan, çoxdan gəzmişəm. Elə ölkələr var, onun hər yeri Şuşadır, Laçındır, Kəlbəcərdir. Qumluqda, səhralıqda ölkələr var, yoxdan cənnət qurublar. Kimi dolayırıq? Obyektiv baxanda vallah, billah bizimki görməmişin oğlu oldu misalına bənzəyir.

Bura Ağdamdır evin kvadratı 2 mindən çox olmalıdır, bura Şuşadır, evin kvadratı 5 min manat olmalıdır.

Rayondaydım. Əhalinin vəziyyəti ağlamalı həddədir. Görmüşdük, kəndli əkin-biçinlə, mal-qara ilə məşğul olar. Əvvəl məmurlar büdcə talamaq, rüşvət almaqla məşğul idi. İndi hansı fermaya, meyvə bağına baxırsan deyirlər, filan məmurundur. Tək-tük özü iş görənlər də var ki, onun da beli bağlı olmasa, işi getmir. İnsanlar borc bataqlığında boğulur. Bankların müflis etmədiklərini də sələmçilər edir. İnsanlar şikayət edir, nəticə yoxdur.

Qarabağda salamat qalan bəlkə yeganə qəbirstanlıq bizim Yusifcanlı kəndinin qəbiristanlığıqdır. Qəbirstanlığa insanları qoymurlar getməyə. Fakt getmişəm. Məmurlar deyir, ora mina ilə doludur. Ancaq qəbirstanlığın "reşotka"larını söküb məmurlar qoyun-quzularına yer düzəldib. Kəndin camaatı torpaq üzünə həsrətdir, ancaq torpağı əkilir də, biçilir də. Müharibədən əvvəl gedib, səngərdən kəndə baxmaq olurdu, erməni gülləsindən qorxmayan adamlar, məmur şərindən qorxur.

Deyirlər, səndən çox Qarabağdan yazan yox idi, müharibədə hər iş gördün, niyə getmirsən? Viza ilə vətənə gedərlər, ə?

Избранный
15
adalet.az

1Источники