RU

İ.Əliyev RF-nin maliyyə nazirini qəbul edib

Dövlət başçısı İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri və bu əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusən, ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi məsələlərinə toxunulub.

Избранный
14
turan.az

1Источники