RU

Millimizdə oynayan futbolçunun qardaşı "Liverpul"un hədəfində

"Benfika"nın futbolçusu Orkun Kökcü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportnet.az xəbər verir ki, "Liverpul" türkiyəli yarımmüdafiəçini transfer etmək istəyir.

"Liverpul"un baş məşqçisi Arne Slot "Feyenoord"da birlikdə çalışdığı 23 yaşlı orta xətt oyunçusunu yanına aparmağa çalışır. Portuqaliya klubu futbolçusu üçün 80 milyon avro tələb edir.

"Benfika" Orkun Kökcünü ötən ilin yayında "Feyenoord"dan 25 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Orkun Kökcü Azərbaycan yığma komandasında çıxış edən Ozan Can Kökcünün qardaşıdır.


Избранный
22
1
sportnet.az

2Источники