RU

ISO iqlim elmini texniki standartlara daxil edəcək

ISO avtomobil sənayesindən qida və sağlamlıq sahələrinə qədər müxtəlif sahələrdə iqlim elmini texniki standartlara daxil etmək üçün mütəxəssislərlə birgə çalışır.

“EDnews” xəbər verir ki, bunu Beynəlxalq Standartlar Təşkilatının (ISO) Baş katibinin müavini Silvion Dulinski COP29 çərçivəndə keçirilən “Yaşıl Gömrük: Ticarətin Asanlaşdırılması, İnnovasiya və Standartlar vasitəsilə Davamlı Ticarətin İnkişafı” adlı tədbirdə deyib.

"Keçən il, suyun keyfiyyəti, ətraf mühit, kibertəhlükəsizlik və digər sahələr üzrə 42 idarəetmə sistemi standartını yeniləyərək, iqlim tələblərini əsas sertifikatlaşdırma şərtləri kimi əlavə etdik", - deyə S. Dulinski əlavə edib.

O, dairəvi iqtisadiyyatın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əhəmiyyətini qeyd edərək, tullantıların qlobal ticarətinin, xüsusən plastiklərin təkrar emalı sahəsində asanlaşdırılmasının vacibliyini vurğulayıb.

ISO “yaşıl ticarət” iqlim elmini standartlara daxil etməklə töhfə verir, Baş katibinin müavin deyib.

S. Dulinski qeyd edib ki, ISO iqlim elmini standartlara daxil etmək məqsədilə 2021-ci ildə London Bəyannaməsini qəbul edib.

Onun sözlərinə görə, ISO tərəfindən hazırlanan standartlar beynəlxalq ticarətin asanlaşdırılması və texniki maneələrin aradan qaldırılması baxımından Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğunlaşdırılıb.

“ISO olaraq geniş bir standart portfelimiz var və onların sayi, ümumilikdə 25 mindir. Ancaq məsələ təkcə standartların sayında deyil, onların əhatə etdiyi sahələrimdədir. İdxal və ixrac olunan məhsullarla bağlı bütün məlumatlar sərhədlərdən keçən məhsulların texniki spesifikasiyalara uyğunluğunu müəyyən edən standartlara əsaslanır,” - deyə S. Dulinski bildirib.

Избранный
30
ednews.net

1Источники