RU

Arif Babayevin sözlərindən sonra depressiyaya düşdüm

“Ustadım Arif Babayev Namiqlə duet oxuduğuma görə narazı idi. Mən onun bu reaksiyasını gözləyirdim. Bilirdim ki, o bunu birmənalı qarşılamayacaq. Bir müddət keçdikdən sonra Arif müəllim efir vasitəsi ilə söylədi ki, tələbələrimlə razıyam, amma bir tək Könüldən narazıyam. Mən bu sözlərdən sonra o qədər pis oldum ki… Depressiyaya düşdüm.

Viral.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “RTV”də yayımlanan “Çərçivədən kənar” verilişində deyib.

Müəllimimdən bu sözləri eşitmək mənim üçün çox ağır idi. Arif müəllim dedi ki, o boyda zəhmət çəkmişəm, Könül keçib meyxanaya. Sintezatorun birini sağına, digərini isə soluna qoyub… Mən buna “üçlüklə” tar, kaman və qavalla dərs keçmişəm. O bunu çətin qəbul etdi. Amma bir müddət keçəndən sonra insanların bu duetə olan sevgisini görəndən sonra məni bağışladı. Dedi ki, nə oxuyursan toxunur insana. Qucaqlayıb, məni öpdü və söylədi ki, sənə uğurlar. Mən də bundan sonra rahatlaşdım. Yəni bu duet mənə asan başa gəlməmişdi”.

Son Yazılar:

Избранный
31
6
viral.az

7Источники