RU

Aygün Əliyeva: İnsan kapitalının gücləndirilməsi ilə Türk coğrafiyasının inkişafına nail olmaq olar



Bu gün Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir.

"Report" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29 çərçivəsində keçirilən İnsan kapitalı problemləri üzrə Türkiyə İqlim Təşəbbüsü Forumunda deyib.

O qeyd edib ki, türk dünyası ölkələrini tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin bir-birinə istəyi daha da birləşdirir: "COP29-un “insan kapitalı”na həsr edilmiş tematik günündə türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir. Çünki Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır”.

"Xatırlatmaq istəyirəm ki, bir neçə həftə sonra Özbəkistanda Türk dövlətlərinin qeyri-hökumət təşkilatlarının II Forumu keçiriləcək. Hesab edirəm ki, yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə Türk coğrafiyasının uzunmüddətli inkişafına nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar" - o bildirib.

Qeyd edək ki, Türkiyə İqlim Təşəbbüsü Forumunun məqsədi iqlim dəyişmələrinin insan kapitalına təsirini, uşaq və gənclərin bilik və bacarıqlarla təchiz edilməsinin vacibliyini müzakirə etməkdən ötrü Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin qeyri-hökumət təşkilatlarını (QHT) bir araya gətirməkdir.
Избранный
23
1
newscenter.az

2Источники