Hüseyn Roneki adlı fəal sosial media hesabından paylaşdığı mesajda ötən həftə siyasi məhbusların azadlığa buraxılmasını tələb edən, lakin tələbi yerinə yetirilmədikdə intihar etdiyi iddia edilən fəal Kiyanuş Sencerinin tələblərini davam etdirəcəyini bildirib.

İndex.az xəbər verir ki, bununla bağlı dodaqlarını tikərkən çəkilmiş fotosunu paylaşan Roneki Tehranın Vəliəsr küçəsinin bir küncündə təkbaşına oturaq aksiyaya başlayacağını açıqlayıb.

Roneki mesajında ​​deyib: “Gəlib oturanda məni həbs edə və ya apara bilərsiz. O vaxta qədər müqavimətim özümündür. Kiyanuşun canını verdiyi etiraz üçün mübarizə aparacam. Dodaqlarım möhürlənmiş qalacaq, amma mənim bu addımım onun mesajını gücləndirəcək”.

Qeyd edək ki, İranda siyasi məhbusların azad olunmayacağı təqdirdə intihar edəcəyini açıqlayan fəal Sencerinin noyabrın 13-də intihar etdiyi iddia edilib. Senceri 2021-ci ildəki etirazlar zamanı qətl və ictimai asayişi pozmaqda günahlandırılaraq ölümə məhkum edilən 3 nümayişçinin azad edilməsini tələb edib.

http://