RU

İqlim dəyişikliyi kənd təsərrüfatına və qida sistemlərinə ciddi təsir göstərir

Kənd təsərrüfatı və qida sistemləri olmadan, Paris Sazişinin istər davamlılıq və uyğunlaşma yaratmaqla bağlı hədəfinə, istərsə də karbon qazının təsirlərinin azaldılması ilə bağlı hədəfinə çatmaq mümkün olmayacaq.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi COP29 çərçivəsində təşkil edilən "AgriFuture 2024”: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri mövzusunda panel müzakirələrində deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, aqro-ərzaq sistemləri mövzuları ilə yanaşı bu gün əsas mövzulardan biri istiləşmədir: “İqlim dəyişikliyi kənd təsərrüfatına və qida sistemlərinə ciddi təsir göstərir. Dünyada aqrar məhsullarının qiymətləri artıb, məhsuldarlıq azalır, zərərvericilər və xəstəliklər də artmaqdadır. Biz qidaların keyfiyyətinin aşağı düşdüyünü görürük. Beləliklə, həqiqətən də biz kənd təsərrüfatı və qida sistemlərində iqlim dəyişikliyinin çox real, demək olar ki, dağıdıcı təsirləri ilə üzləşirik. Bütün bu təsirlərin ön xəttində kim dayanır? Təbii ki, fermerlər, çobanlar, balıqçılar, istehsalçılar. İstehsalçılar əsasən kənd təsərrüfatı landşaftının mərkəzindədirlər. Bu insanlar daha çox təsirə məruz qalırlar".

O əlavə edib ki, buna görə də aqro-ərzaq sistemlərini transformasiya etmək, onları daha davamlı etmək və səmərəli etmək çox vacibdir: "Aqrar sahə çoxsaylı faydalar gətirən sektorlardan biridir".

Избранный
28
ikisahil.az

1Источники