RU

Azərbaycan kiçik ada dövlətlərinə hər tərəfli dəstək verir- ÖZƏL

"Azərbaycan kiçik ada dövlətləri ilə diplomatik əlaqələrini gücləndirmək, onlara beynəlxalq səhnədə dəstək vermək və birgə maraqları müdafiə etmək istiqamətində fəaliyyət göstərir". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Prezident İlham Əliyev çıxışında Fransanın 1966-1996-cı illər ərzində Fransa Polineziyası apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşdiyini vurğulayıb. "Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik". Qeyd etməliyik ki, ekosistemə vurulan ziyan müxtəlif yollarla təbiətin tarazlığını poza bilər və bu da həm təbiətə, həm də insanlar üçün ciddi fəsadlara səbəb ola bilər. Ekosistemdəki dəyişikliklər həm canlı varlıqlar, həm canlı olmayan varlıqların qarşılıqlı əlaqəsinin pozulmasına səbəb olur. Ekosistemlərdə baş verən dəyişikliklər təbiətin özünütəmizləmə və tarazlıq yaratma qabiliyyətini azaldır və ətraf mühitin qlobal olaraq dəyişməsinə gətirib çıxarır. Bu səbəbdən ekosistemlərin qorunması, insan fəaliyyətlərinin təbiətə verdiyi ziyanın azaldılması həyati əhəmiyyət kəsb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
46
olaylar.az

1Источники