RU

Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün çox böyük işlər görür - Sahil Babayev

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara, qadınlara,gənclərə, əlillərə təsirini azaltmaq üçün çox böyük işlərgörür.

Trend xəbərverir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri SahilBabayev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, biz müxtəlif ölkələrin və aidiyyəti nazirlərin,eləcə də beynəlxalq təşkilatların təcrübəsini qiymətləndirmişik,bacarıqları necə inkişaf etdirəcəyimizə və iqlim dəyişikliyi iləbağlı yaranacaq zərurətin necə azaldılmasına dair fikirlər təqdimetmişik.

“Azərbaycanda müvafiq peşə hazırlığı və təhsil sistemlərinininkişafına diqqət yetirilir. İqlim dəyişikliyi hamıya təsir edir.İqlim dəyişikliyi əsaslı şəkildə əmək bazarına təsir edəcək, yeniiş yerləri, yeni imkanlar, yaşıl iş yerləri yaranacaq və təbii ki,biz əmək resurslarımızı bu dəyişikliklərə hazırlamalıyıq.

Biz yaşıl iqtisadiyyatda bacarıq və səriştələridərinləşdirməliyik, təlim mexanizmləri şəbəkəmizi dərinləşdiribtəkmilləşdirməliyik və bu səylərə daha çox özəl və dövlətqurumlarını cəlb etməliyik”,- deyə o bildirib.

Избранный
36
2
az.trend.az

3Источники