RU

"Özbəkistanda mənə ev hədiyyə edilməyib" - Gülyanaq Məmmədova

Bir neçı gün əvvəl aparıcı Zaur Baxşəliyev Azərbaycanın və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Daşkənd şəhərində ev hədiyyə edildiyi barədə açıqlama verib. O, bu barədə aparıcısı olduğu “Zaurla Günaydın” verilişində danışıb.

Redaktor.az xəbər verir ki, Zaur proqramında qonaq olan Gülyaza “Sizi təbrik edirik. Əvvəl bacınız Gülyanağa indi isə sizə Daşkənddə ev hədiyyə olunub. Siz axı hər ikiniz Özbəkistanın “Xalq artisti” fəxri adını daşıyırsınız” sözlərini deyib.

Məmmədova “Siz haradan bunu bildiniz? Özüm buna təəccübləndim” gülərək bu məsələyə şərh bildirib.

Gülyanaq Məmmədova qaynarinfo.az-a açıqlamasında onlara ev verilməsi barədə məlumatın zarafat olduğunu bildirib.

"Verilişdə zarafat ediblər. Belə bir şey yoxdur. Yəni, Özbəkistanda mənə ev hədiyyə edilməyib", - o deyib.

Избранный
24
17
redaktor.az

10Источники