RU

Deputat minimum pensiyanın 280 manat olaraq saxlanılmasına aydınlıq gətirilməsini istəyib

Milli Məclisin deputatı Vüqar Bayramov minimum pensiya məbləğinin nə üçün 280 manat olaraq saxlanılmasına aydınlıq gətirilməsini istəyib. 

"Unikal"ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Vüqar Bayramov bildirib ki, minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var:

“Buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, cənab Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər var. Göstərişlərin olduğu halda hesabatda, rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu gün mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın".

Xatırladaq ki, Hesablama Palatasının rəyində bildirilib ki, gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur. Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Anar Kəlbiyev

Избранный
30
9
unikal.az

10Источники