RU

Polis səhvən özünü müdafiə edən günahsız kişini ÖLDÜRDÜ – VİDEO

Polis çaşaraq özünü bıçaqla qızdan müdafiə edən günahsız kişini öldürüb.

İnterpress.az xəbər verir ki, hadisə Las-Veqasda baş verib. 43 yaşlı kişi evinə bıçaqla girən qadına görə polisə müraciət edib. Hücum edənin onun keçmiş arvadı olduğu üzə çıxıb.

Hadisə yerinə gələn polislərdən biri kişi və qadının dalaşaraq bıçağı bir-birindən götürməyə çalışdığını görüb.

Polis kişini vuraraq yerindəcə öldürüb. Qız xəsarət almayıb. O, silahla qanunsuz evə soxulmaqda və məişət zorakılığında ittiham olunur.

Xuraman Etibarlı

İnterpress.az

 

Избранный
33
interpress.az

1Источники